Artıq 30
il keçir məlum Xocalı faciəmizdən. Amma hələ də hər dəfə xatırlayanda, sanki
yenidən yaşamış oluruq o dəhşətli gecəni.1992-ci il fevralın 25-i bizim Xocalıda
keçirdiyimiz son gün oldu. Həmin gecə öz doğma yurdumuzu, evimizi, yaxınlarımızı
itirəcəyimizi bilsəydik, hər daşında torpağında xatirələrimiz olan yurdumuzun havasını daha çox udar, o xoşbəxt günlərimizi doya-doya yaşamağa çalışardıq.Mənfur düşmən Xocalımızın üzərinə qəflətən
hücuma keçdi. Artıq neçə vaxt idi ki, tamamilə blokada olan şəhərimizə hücum
ediləcəyini gözləyirdik, amma bu qədər dəhşət yaşaya biləcəyimizə inanmırdıq. Ancaq
düşmənimiz hiyləgər və məkrli idi. Fevralın 25-dən 26-na keçən gecə qəflətən öz
rus havadarlarıyla birgə genişmiqyaslı hücuma keçdi. Güllələrin işığından hər
tərəf işıqlandı. Xocalı qeyri-bərabər döyüşdə az qüvvəsi ilə torpaqlarımızın
müdafiəsinə qalxdı. Ancaq 366-cı motoatıcı alayın peşəkar hərbiçiləri ilə
qarşı-qarşıya gələn qəhrəman oğullarımız layiqincə müqavimət göstərsə də, Xocalımız
qan gölünə çevrildi və işğal olundu. Əliyalın əhali canını qurtarmaq üçün
şaxtalı, qarlı gecədə meşələrə qaçdılar. Erməni faşistləri tarix boyu öz
qəddarlıqları ilə tanınıblar. Bu dəfə də bu xislətlərinin əksinə getmədilər. Dünya
tarixində ən dəhşətli soyqırımı biz Xocalılara yaşatdılar. Onlar nə cavana, nə
qocaya, nə qadına, nə uşağa aman verməyərək qarşılarına çıxan hər kəsi xüsusi
qəddarlıqla öldürürdülər. O dəhşətli gecə toylu-büsatlı Xocalımız qan gölünə
çevrildi. Anaların, uşaqların, canını qurtarmağa çalışan köməksiz insanların
naləsi ərşə çatırdı. Ölüm maşınının cəngindən qurtarmağa çalışan yerli əhalinin
sağ qalanlar isə soyuq, şaxtalı-boranlı qış gecəsində özünü Qarqar çayına
vuraraq Ağdam şəhərinə tərəf qaçmağa çalışırdı. Sanki təbiət də bizə qarşı
çıxdı həmin gecə. Yaralı, köməksiz Xocalılardan bir hissəsi meşələrdə xilas
yolu axtararkən taqətdən düşdü, donaraq həlak oldu. Bir neçə gün meşələrdə
azaraq yol tapa bilməyən bir qrup ac həmvətənimizi isə vəhşi erməni faşistləri
əsir götürdülər. Əsirlikdə keçən dəhşətli günləri təsvir etmək
çox daha ağırdır.Ağlasığmaz işkəncələr verən ermənilər, sanki bundan həzz
alırdılar. Uşaqlara, cavanlara, yaşlılara qadınlara elə əzazilcəsinə dəhşət yaşatdılar
ki, insanlıq tarixində elə işgəncələr olmamışdır. Öldürdükləri insanların cəsədlərini
belə təhqir etməkdən 2500 nəfər əhalisi olan doğma Xocalımızın əhalisindən
soyqırım zamanı 613 nəfər həyatını itirdi. Bu soyqırım dəhşəti ondan ibarətdir
ki, bunlardan 63 nəfəri uşaqlar, 106 nəfəri qadınlar, 70 nəfəri isə yaşlı qocalar
idi. 1275 nəfər əsir götürülmüş, bunlardan bir hissəsi əsirlikdə xüsusi
qəddarlıqla öldürülmüşdür. 150 nəfərin taleyindən isə bu günə qədər xəbər
yoxdur.O faciədə
bir çox yaxınlarım şəhid oldu. Ancaq daha çox sinəmizə dağ vuran isə 30 il
ərzində taleyindən heç bir xəbərimiz olmayan 150 nəfərin içərisində qardaşım
Məmmədov Kamil Əmir oğlunun həsrətidir.Qardaşım Xocalı özünümüdafiə batalyonuna
könüllü yazılmışdı. Qarabağda erməni separatçıları baş qaldırarkən universiteti
bitirdikdən sonra təyinatla göndərildiyi Rusiyanın Çelyabinsk şəhərindən və işindən
ayrılaraq digər Xocalılar kimi ərazi bütövlüyümüzü müdafiə etmək üçün Xocalıya gəldi. Rütbəcə
baş leytenant idi və soyqırım zamanı əliyalın əhalinin çıxarılmasında fəal
iştirak etmişdi. Gülləsi bitmiş və neçə gün meşədə soyuqda, aclıqda taqətdən
düşdükdən sonra ermənilər Pirəcamal kəndi yaxınlığında əsir götürmüşdür. Ancaq
o vaxtdan taleyindən heç bir xəbər ala bilmədik. Hələ də gözlərimiz yolda, ümidlə
xəbər gözləyirik.Ali Baş Komandan İlham Əliyev müzəffər ordumuzla
birgə 30 ildən sonra işğal altında olan torpaqlarımızın bir hissəsini mənfur
işğalçıların tapdağından xilas etdi. Ancaq biz Biz xocalılar hələ də həsrətlə öz
doğma yurdumuza dönəcəyimiz günü gözləyirik. İnanırır ki, bir gün biz də doğma
torpağımıza dönəcəyik və işğal gününü deyil, çal-çağırlı qələbə sevincini
Xocalıda qeyd edəcəyik. Yalnız o zaman şəhidlərin ruhu rahatlıq tapar və bizim
həsrətimizə son qoyular. İnanırıq ki, yaxın günlərdə biz Xocalıların geri, öz
torpaqlarımıza dönüşü başlayar.Zərifə Məmmədova,Xocalı şəhər sakini, şəhid bacısı